AZ

Livanda silah anbarında partlayış oldu - 6 hərbçi öldü

Livanın cənubunda Tir şəhəri ətrafında silah anbarında sursat partlayışı nəticəsində ən azı altı yerli hərbçi ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış “Hizbullah”a məxsus silah anbarının sökülməsi zamanı baş verib.

Bildirilib ki, hadisə yerinə təcili yardım maşınları gəlib.

Seçilən
25
7
manset.az

9Mənbələr