Rumıniya ABŞ Prezidenti Donald Trampın fəal köməyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Bu, Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa nail olmaq yolunda mühüm addımdır. Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasının tərəfdarıdır”, - o yazıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
RO welcomes the initialing of the peace treaty between AM and AZ, with the strong engagement of US President, Donald Trump. This is a crucial step in achieving lasting peace, stability and prosperity in the South Caucasus. RO supports full normalization of relations between AM… https://t.co/LiruTwQti6
— Toiu Oana (@oana_toiu) August 9, 2025