AZ

Bolqarıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayır 

  Bolqarıstan Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını alqışlayır və iki ölkənin münasibətləri normallaşdırmaq səylərini dəstəkləməyə hazırdır.

Bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bolqarıstan tarixi razılaşmanı hər iki tərəfin onilliklər boyu davam edən münaqişələrə son qoymaq üçün xoşməramlılıq və öhdəliyinin əlaməti kimi alqışlayır. Bu, regionda sülh və rifahın yeni dövrünün başlanması istiqamətində mühüm addımı nümayiş etdirir. Bakı və İrəvanı münasibətlərin tam normallaşmasına nail olmaq üçün səmimi səylərində dəstəkləyəcəyik”, - XİN-dən bildirilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar./Report
 
 
   

Seçilən
14
11
referans.az

10Mənbələr