AZ

AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa bürosu onun sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat yayıb. 

"Vaşinqtonda ABŞ-nin himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayıram. AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır", - Russopulos yazıb.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.

Seçilən
37
4
far.az

10Mənbələr