Lerikdə meşəyə odun üçün gedən 51 yaşlı Lənkəran sakini ölüb.
"Report"un cənub bürosunun məlumatına görə hadisə
rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib. Belə ki, Lənkəran rayon sakini 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev, şəhid ailələri üçün ayrılan kvota üzrə meşəyə odun gətirməyə gedib. A.İbrahimov ağacın onun zərinə aşması nəticəsində ağır xəsarət alıb. Ətrafdakıların köməyi ilə o yaxınlıqdakı kəndə çatdırılsa da, təcili tibbi yardım briqadası gələnə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.