AZ

Prezident İlham Əliyevin ABŞ a səfəri Bakı Vaşinqton münasibətlərinin yeni mərhələsini müəyyənləşdirib ŞƏRH

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri, burada əldə olunan razılaşmalar regionda yeni sülh, rifah və inkişaf dövrünün başlanğıcı kimi tarixə düşdü. ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan səfər Bakı-Vaşinqton münasibətlərinin yeni mərhələsini müəyyənləşdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Səfər zamanı imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu buna əyani sübutdur:”Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir. Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq, bu səfər çərçivəsində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncam da imzalandı”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq, Birgə Bəyannamənin imzalanması isə Azərbaycanın növbəti diplomatik uğurudur. “Bu, regionda yeni dövrün başlandığını deməyə əsas verir. Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, bölgəmizə dayanıqlı sülh gəlib. Beləliklə, Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Birgə Bəyannaməyə uyğun olaraq, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini parafladılar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzaladılar. İki ölkənin xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Bundan sonra sülhün qurulmasına dair sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımlar atılacaq. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərimizdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Bəyannamədə yer alan ən vacib müddəalardan biri tərəflərin düşmənçilik səhifəsini bağlaması, eyni zamanda, indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd və istisna etməsidir. Bu razılaşma həm də əlaqə və rabitə istəyinin göstəricisidir. Prezident də bəyan etdi ki, Azərbaycan ölkələr arasında inteqrasiyanın baş verməsini istəyir. Bu isə ilk növbədə Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidini təmin etməli idi. Bu tələb də Ermənistan tərəfindən qəbul olundu. Prezident daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu. İmzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiqlənir. Beləliklə, Zəngəzur dəhlizi reallaşır. Bu mənada əminliklə deyə bilərik ki, Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir”, - deyə o vurğulayıb.

Nigar Məmmədova diqqətə çatdırıb ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyənləşdirilməsi məqsədilə Ermənistanın ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflə, yəni Azərbaycanla əməkdaşlığı nəzərdə tutulur:” Dövlətimizin başçısının da dediyi kimi, həqiqətən də həmin maşrut əlaqələr baxımından bu divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq. Sonuncu mərhələ isə yekun sülh müqaviləsinin imzalanması olacaq. Ermənistan vaxt itirməməli, öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Yəni Ermənistan qəbul etdi ki, mövcud şəraitdə Konstitusiya dəyişikliyi onun daxili işi deyil. Yekun sülh üçün rəsmi Bakının bu tələbini yerinə yetirmək zəruridir. Azərbaycan Prezidentinin də söylədiyi kimi, artıq Bakı ilə İrəvan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
3
azertag.az

10Mənbələr