AZ

Litva Prezidenti ABŞ, Azərbaycan və Ermənistan liderlərini tarixi razılaşma münasibətilə təbrik edib

ain.az, Baku.ws saytına istinadən bildirir.

Litva Prezidenti Gitanas Nauseda ABŞ Prezidenti Donald Trampı, Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycan və Ermənistan arasında sülh və əməkdaşlığın yeni mərhələsini açan tarixi razılaşmanın əldə olunması münasibətilə təbrik edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu mühüm addım regional sabitliyi və beynəlxalq təhlükəsizliyi gücləndirir. Litva dialoqun və dinc qarşılıqlı fəaliyyətin davam etdirilməsini dəstəkləyir", - Nauseda bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
4
baku.ws

6Mənbələr