BAKI, 9 avqust. TELEQRAF
Azərbaycan və Ermənistan arasında sülh sazişi Qafqaz və qlobal təhlükəsizlik üçün mühüm addımdır.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto “X” sosial şəbəkəsində yazıb.
"Donald Tramp sülh prezidenti olduğunu yenidən sübut etdi. Ümid edirik ki,Azərbaycan və Ermənistandan sonra Pakistan-Hindistan, İran-İsrailRusiya-Ukrayna müharibəsinə də son qoyulacaq", - paylaşımda qeyd edilib.