AZ

Savaşda zəfərin, diplomatiyada sülhün, sabitliyin, inkişafın memarı - İlham Əliyev

“Vaşiqntonda əldə edilən uğuru belə dəyərləndirmək olar: Cənab Prezident İlham Əliyev təkcə savaş meydanında zəfərin deyil, eyni zamanda Cənubi Qafqazda  sülhün, sabitliyin, inkişafın müəllifi oldu. İmzalanan sənədlər Azərbaycanın savaşa meydanında əldə etdiyi qələbənin beynəlxalq aləmdə diplomatiya müstəvisində də təsdiqi idi”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ savaşından sonra yeni geosiyasi konfiqurasiya formalaşdıran Azərbaycan yaratdığı reallığın tələblərinə uyğun olaraq Cənubi Qafqazda  sülh gündəliyini  müəyyən edib bu istiqamətdə çevik diplomatiya həyata keçirdi.  
 “Bölgədə  sülhün əldə edilməsi üçün ən müxtəlif platformalarda, xüsusən də  Rusiyanın,  Avoropa Birliyinin və ABŞ təşəbbüsü  çoxsaylı görüşlər keçirildi.  Bu görüşlərdə sülh danışıqları yalnız və yalnız  Bakının müəyyən etdiyi sülh gündəliyi əsasında irəliyə doğru aparıldı. Vətən müharibəsində əldə edilən zəfərin postmünaqişə dövründə diplomatik müstəvidə  uğurla davam etdirilib.  Bu müddət ərzində Azərbaycan suverenliyini  bərpa etməklə  Qarabağ problemini birdəfəlik tarixin arxivinin zibilliyinə atıldı. 

Lakin kənar vasitəçilərin  təşəbbüsü ilə keçirilən  sülh danışıqları istənilən nəticəni vermirdi. Çünki vasitəçilər  bölgədə sülhün əldə edilməsindən  daha çox  bölgədəki maraqlarını təmin etməyə xidmət edirdi.  Nəticədə Prezident İlham  Əliyevin qətiyyətli və çevik diplomatiyası nəticəsində   İrəvanla Bakı arasında  vasitəçilərsiz ikitərəfli formatlarda keçirilən  sülh danışıqlarında tərəflər  qısa zamanda ciddi uğurlar əldə etdi. Tərəflər sülh sazişi mətnindəki bütün müddəalar razılaşdırıldı. Təkcə  sülh sazişi mətnindəki bütün müddəalar razılşadırılmadı, eyni zamanda Bakının şərtləri daxilində  bölgədə  dayanıqlı sülhü, sabitliyi, sıx inteqrasiya olunmuş əməkdaşlığı  təmin edən şərtlər İəvan tərəfindən qəbul edildi. Bunlar əsasən ATƏT Minsk qrupunun buraxılması, Naxçıvan Muxtar Respublikasına maneəsiz  hərəkət,  Ermənistan Konstitusiyasında Azərbaycana  qarşı ərazi iddası tutan müddəaların  Vaşiqntonda liderlərin imzaladığı üçtərəfli birgə bəyanatda öz əksini tapıb.
Bununla da Prezident  İkinci Qarabağ müharibəsində şanlı qələbə qazanan lider olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün əsas memarı kimi tarixə  adını yazmış oldu.
Vaşinqtonda  imzalanan sənədlər  təkcə Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu və beynəlxalq diplomatiya üçün model xarakteri daşıyacaq. Bu, sülhün zorla deyil, ədalətli hüquqi prinsiplərlə, beynəlxalq legitimlik əsasında qurulmasının mümkünlüyünü göstərən nümunə olacaq.
Sözügedən səfər Azərbaycan diplomatiyasının yeni zirvəyə yüksəldiyi bir məqam kimi tarixə düşəcək.

Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti bir daha sübut edir ki, Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib.  İmzalanan sənədlər Azərbaycanın qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilmiş oldu. Bu da bölgədə və daha geniş coğrafiyada yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı,  sülhdən inkişafadək uzanan strateji yolun əsasını qoyacaq.
 Vaşinqtonda  imzalanan sənədlər,  xüsusən də “907-ci düzəliş”in ləğv edilməsi təkcə  yekun sülhün əldə edilməsinə deyil, həm də  Cənubi Qafqazda, bütövlükdə Avrasiyanın daha geniş coğrafiyasında  iqtisadi əlaqələrin genişləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. 
 Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu diplomatiya Türk dünyasının siyasi güc kimi meydana çıxmasına və beynəlxalq münasibətlər sistemində ciddi rol oynamasına öz töhfəsini verəcək”.
Mürtəza

Seçilən
89
50
olke.az

10Mənbələr