AZ

İnter Cenoa nın müdafiəçisi ilə müqavilə bağlamağa yaxındır

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İtaliyanın "İnter" klubu A Seriyasının digər təmsilçisi "Cenoa"nın müdafiəçisi Koni de Vinterlə müqavilə bağlamağa yaxındır.

"Report" "Sky Sport Italia"ya istinadən xəbər verir ki, tərəflər danışıqlara başlayıb.

Milan klubu 2025/2026 mövsümü başlamazdan əvvəl 23 yaşlı belçikalı futbolçunu transfer etmək istəyir. "Cenoa"nın müdafiəçinin satışından 30 milyon avro qazanmaq niyyətində olduğu bildirilib. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 2024/2025 mövsümündə "Cenoa"nın heyətində 26 matçda meydana çıxan K. De Vinter 3 qol müəllifi olub. "Transfermarkt" oyunçunun dəyərini 22 milyon avro qiymətləndirir.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
2
cebheinfo.az

10Mənbələr