AZ

“Gənc psixometrik” təcrübə proqramının ilk çağırışı yekunlaşdı

BAKI, 9 avqust. TELEQRAF

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən “Gənc psixometrik” təcrübə proqramının ilk çağırışı uğurla yekunlaşıb.

Bu barədə Teleqraf-a DİM-dən məlumat verilib.

Bildirilib ki, 669 müraciətçi arasından çoxmərhələli qiymətləndirmə prosesi nəticəsində seçilən 15 iştirakçı 3 ay ərzində ölçmə və statistika sahəsində nəzəri bilik və praktiki bacarıqlar əldə ediblər. Təcrübə proqramının məqsədi təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılmasıdır.

Layihəni uğurla bitirən 15 nəfərə sertifikat təqdim olunub.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr