AZ

Ermənistan ATƏT-ə birgə müraciət məktubunu imzalamaqla öz mövqeyindən geri çəkilməli oldu

Ermənistan tərəfi Vaşinqtonda sülh müqaviləsi imzalamadan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-ə birgə müraciət məktubunu imzalamaqla öz mövqeyindən geri çəkilməli oldu.

Aznews.az APA-ya istinadən xəbər verir ki, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-ə birgə müraciət məktubunun ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində vacib addım kimi dəyərləndirilməlidir. Beləliklə, bu müraciətlə Ermənistan tərəfi də Minsk Qrupu və onunla əlaqəli strukturların hazırkı şəraitdə adekvat və lazımlı olmadığı həqiqətini qəbul edib.

Seçilən
57
4
aznews.az

6Mənbələr