Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Əfsanəvi amerikalı restler və aktyor Halk Hoqanın qızı Bruk atasının meyitinin yarılmasını istəyir və proseduru şəxsən maliyyələşdirməyə hazır olduğunu bəyan edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib.
Bruk atasının ölümü ətrafında dolaşan söz-söhbət və qeyri-müəyyənliyə son qoymaq istədiyini bildirib:
"Çox şadam ki, atam hələ kremasiya edilməyib. Onun ölümü ilə bağlı yayılan bütün spekulyasiyalar və qeyri-müəyyənlik fonunda meyitin yarılmasını təklif edirəm. Atamın ləyaqəti və irsi bunu tələb edir", - deyə o vurğulayıb.
Aysel
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.