AZ

Həmyerlimizin filmi “TÜRKSOY xüsusi mükafatı”na layiq görüldü

Qazaxıstanda “Aktau - Türk dünyasının mədəniyyət paytaxtı” proqramı çərçivəsində URKER Beynəlxalq Animasiya Film Festivalı keçirilib.

Yenisabah.az xəbər verir ki, festivalın əsas müsabiqə proqramında tanınmış azərbaycanlı rejissoru Məsud Pənahinin “Narqız” animasiya filmi nümayiş olunub və münsiflər heyətinin qərarına əsasən “TÜRKSOY xüsusi mükafatı”na layiq görülüb.

Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Raev “Narqız” filminin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevə təqdim edib.  pizza mizza

Festivalın müsabiqədənkənar proqramında həmçinin rejissor Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmi tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, avqustun 5-dən 8-dək davam edən festivalın əsas məqsədi Türk dünyası ölkələrinin animasiya sənətini bir araya gətirmək olub.


Telegram kanalımız
Seçilən
113
5
yenisabah.az

7Mənbələr