Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla Fransaya yollanıb.
Parisə gedən sənətçi məşhur "Notr-Dam" kilsəsinə yollanıb. Sevda onunla bağlı kitabı oxuduğunu və ən böyük arzusunu gerçəkləşdirdiyini deyib:
"Çox istəyirdim burada olmağı. Onun əsərini oxumuşdum və beynimdə təsəvvür edirdim. Quasimodanın Esmiraldaya olan sevgisi burada baş verib, mən də buradayam. Çox xoşbəxtəm".
Qeyd edək ki, Sevda və Zakir cütlüyünün iki qız övladı var. (Axşam.az)