AZ

Pakistan Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşmanı alqışlayır - Şahbaz Şərif

Bakı. Trend:

Pakistan Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdəkeçirilən sammitdə imzalanmış tarixi razılaşmanı alqışlayır.

Trend xəbər verirki, bunu Pakistanın baş naziri Şahbaz Şərif “X”sosial şəbəkəhesabında yazıb.

O bildirib ki, bu əlamətdar hadisə onilliklər boyu münaqişələrvə insan iztirabları yaşamış Cənubi Qafqaz regionunda sülh,sabitlik və əməkdaşlığın yeni erasının başlanğıcını göstərir.

“Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionlarıüçün sülh dolu gələcəyin qurulmasında müdriklik və uzaqgörənliknümayiş etdirən bu tarixi razılaşma münasibətilə təbrik edirik.Pakistan həmişə qardaş Azərbaycan xalqını dəstəkləyib və tarixininbu şanlı anında da onun yanındadır.

Həmçinin, hər iki tərəfin ticarət, əlaqələrin inkişafı vəregional inteqrasiyanın yeni imkanlarını açan razılığa gəlməsinəşərait yaratmış ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə həyatakeçirilən vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirikki, bu dialoq ruhu uzunmüddətli münaqişələrlə üzləşmiş digərregionlar üçün də nümunə olacaq”, – deyə o qeyd edib.

Məqalədə:
Seçilən
48
2
az.trend.az

3Mənbələr