Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi tarixi əhəmiyyət daşıyır.
Far.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
Dövlət başçısı bildirib ki, sənəd iki ölkə arasındakı uzunmüddətli hərbi münaqişəyə son qoyaraq, diplomatik münasibətlərin qurulmasına və davamlı sülh əsasında əməkdaşlığın inkişafına zəmin yaradıb.
Tokayev vurğulayıb ki, bu unikal sazişin əldə olunması Azərbaycan və Ermənistan liderlərinin tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməsinə şərait yaradan, ABŞ Prezidenti Donald Trampın fəal və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub.
Qazaxıstan lideri əlavə edib ki, ölkəsi də sülh sazişinin əsas parametrlərinə dair xarici işlər nazirləri səviyyəsində danışıqların keçirilməsi üçün Almatı şəhərini təklif etməklə prosesə töhfə verib. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.