AZ

Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq

Rusiya prezidenti Vladimir Putin Alyaskaya səfər edəcək ilk Rusiya lideri olacaq.

BAKU.WS  bu barədə Rusiya KİV-ə istinadən məlumat verir.

Bildirilir ki, indiyədək heç bir Rusiya prezidenti bu ştata ayaq basmayıb. Statistik göstəricilərə əsasən, orta amerikalı ömrü boyu təxminən on yarım ştata səfər edir. Lakin hər onuncu ABŞ sakini heç vaxt öz ştatından kənara çıxmır, əhalinin yalnız 12 %-i isə Alyaskada olub.

Putin sonuncu dəfə ABŞ-yə 2015-ci ildə səfər etmişdi. Bu dəfə isə onun ABŞ keçmiş prezidenti Donald Tramp ilə görüşü avqustun 15-də Alyaskada keçiriləcək. Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumatı təsdiqləyərək qeyd edib ki, görüş yerinin seçilməsində iki ölkə arasındakı coğrafi yaxınlıq əsas amil olub.

Seçilən
37
7
far.az

10Mənbələr