BAKI, TurkicWorld
2025 -ci ilin iyununda Türkmənistandan Türkiyəyə 16 min 611 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 26,76 faiz çoxdur.
Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,29 faiz təşkil edib.
2025-ci ilin yanvar-iyun aylarında Türkmənistandan Türkiyəyə 87 min 71 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,16 faiz çoxdur.
2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,41 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.
2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.