ABŞ-da sakinlər ana südü dadında dondurma yeyə bilmək üçün uzun növbələr yaradıblar.
Publika.az "The New York Post"a istinadən xəbər verir ki, ana südü dadında dondurma Nyu Yorkda səs-küyə səbəb olub.
Şəhər sakinləri məhdud sayda olan dondurmanı dada bilmək üçün növbəyə düzülüblər.
İlk 50 porsiya şəhər sakinlərinə pulsuz verilib. Ancaq dondurmanı dadanlar “daha çox şey gözlədiklərini” etiraf ediblər.
Qeyd edək ki, qeyri-adi dondurmanı "Odd Fellows" və "Frida" adlı iki şirkət birgə ərsəyə gətirib. İstehsalçılar məhsulda adi süddən daha çox faydalı maddələr olduğunu açıqlayıb.