AZ

Cüdo millimiz məşqlərə başlayıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın kişi cüdoçulardan ibarət millisi Quba Olimpiya İdman Kompleksində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb edilib.

Toplanışa yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, həmçinin fiziki hazırlıq üzrə böyük məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.

Milli komanda hazırlığın növbəti hissəsini Bakıda davam etdirəcək. Ardınca cüdoçular sentyabrın 6-19-u aralığında Braziliyanın San-Paulu şəhərində təşkil olunacaq beynəlxalq yarışda iştirak edəcəklər.

M.HACIXANLI XQ 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
xalqqazeti.az

2Mənbələr