AZ

KİV: Ukrayna, ABŞ və Aİ nümayəndələri Britaniyada görüş keçirməyi planlaşdırırlar

BAKI, 9 avqust. TELEQRAF

ABŞ, Ukrayna və bəzi Avropa ölkələrinin nümayəndələri bu həftəsonu Böyük Britaniyada bir araya gəlməyi planlaşdırırlar.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, görüş ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında keçiriləcək sammit öncəsi mövqeləri razılaşdırmaq məqsədi daşıyacaq.

Portalın məlumatına görə, "Ukrayna və bəzi NATO müttəfiqləri şəxsi söhbətlərdə Trampın Putinin münaqişəni onların mövqelərini nəzərə almadan başa çatdırmaq təklifinə razılaşa biləcəyindən narahatlıqlarını ifadə edirlər". Tərəflərin "ümumi mövqe formalaşdırmaq məqsədilə" görüşün keçirilməsi ideyası Ukrayna, ABŞ və Avropa rəsmilərinin söhbəti zamanı yaranıb.

Görüşün detalları və iştirakçıların tərkibi hələ dəqiqləşdirilməyib. Bununla yanaşı, “Axios”un mənbəyi hesab edir ki, Ukrayna tərəfindən mümkün ərazi güzəştləri yalnız ölkədə referendum keçirilməsi ilə mümkün ola bilər.

Seçilən
10
teleqraf.com

1Mənbələr