AZ

Gənc ulduzun eşq macəraları: Həftədə biri ilə oturub-durur - FOTOLAR

İspaniyanın gənc ulduzu Lamin Yamal meydandakı çıxışları ilə yanaşı, şəxsi həyatı ilə də mətbuatın diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, bütün bu səs-küy 24 iyuldan - Yamalin doğum günündən sonra başlayıb.

İspaniyalı jurnalist Xavi Oyosun iddiasına görə, futbolçu həmin gün argentinalı müğənni Niki Nikol ilə səmimi anlar yaşayıb. Onların öpüşdüyü bildirilir.

Nikol isə bu söz-söhbətləri təsdiqləyirmiş kimi "The Boy Is Mine" musiqisi fonunda çəkdiyi videonu paylaşaraq kameraya mənalı şəkildə göz vurub.

Ibiza,

Amma hekayə bununla bitməyib. Məşhur kubalı müğənni və bloger, 22 yaşlı Malu Trevexo da olaylara reaksiya verib. 10 milyondan çox izləyicisi olan sənətçi Oyosun paylaşımının altına belə yazıb: "İndi anlayıram ki, niyə birdən-birə məni izləməkdən çıxdı..."

Trevexo daha əvvəl də məşhur idmançılar və reperlərlə münasibət iddiaları ilə gündəmə gəlib. Ən son YoungBoy adlı amerikalı reperdən hamilə olması barədə şayiələr yayılmışdı.

Malu

Bu qalmaqallar fonunda sosial şəbəkələrdə Yamalın "Barselona"nın 30 yaşlı model ilə münasibətdə olması barədə iddialar da yayılıb. Az sonra ispaniyalı tabloidlər futbolçunun model FatiVaskeslə İtaliyada dincəldiyi barədə görüntülər yayıblar.

Seçilən
11
sportinfo.az

1Mənbələr