AZ

İlham Əliyev: Azərbaycanfobiyanın arxasında dayanan qüvvə Bayden Adminstrasiyası idi

BAKI, 9 avqust. TELEQRAF

"Vaşinqtonda Azərbaycanfobiyanın arxasında dayanan qüvvə Bayden Adminstrasiyası idi".

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mediasına müsahibəsində bildirib.

Prezident bildirib ki, illərdir ki, Azərbaycan ABŞ-də media tərəfindən aşağılanırdı:

"Prezident Tramp da həmin o kütləvi informasiya vasitələrinə feyk media orqanları deyə xitab edir. Onlar Azərbaycanla bağlı olan şayiələr yayır və təhqiredici məqalələr paylaşır,ABŞ əhalisi arasında çaşqınlıq yaradırdılar. Bu da əksər hallarda Ermənistan lobbisinin məhsulu idi. Bu qrup hazırda Ermənistan maraqlarına qarşı çıxır. Bu gün baş verən hadisələri sevinc hissi ilə qarşılamaq əvəzinə, onların gündəliyi fərqlidir deyə məyus olurlar. Bu insanlar, bu şəxslər işğala məsuliyyət daşıyırlar. Onların mövqeləri, tövsiyələri, vəsaiti buna təsir edirdi və Ermənistanın özünə xələl gətirirdi. Onlar olmasaydı, Ermənistan daha inkişaf etmiş, daha sabit, müstəqil sistemli olan ölkə olardı. Onlar ərazilərimizi işğal etdilər və işğalı əbədi saxlaya bilməzlər. Sadəcə olaraq inkişafda 30 il itirdilər".

Ölkə başçısı əlavə edib ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirən istiqamət üzrə nə qədər şaiyə, nə qədər təxribat yayılırdı:

"Fərqli-fərqli ölkələrin başçıları şayiələr yayırdılar ki, guya Azərbaycan Ermənistana hücum etməyi düşünür. Guya, Azərbaycan bu əraziləri güc yolu ilə ələ keçirməyə niyyətindədir. Vaşinqtonda Azərbaycanfobiyanın arxasında dayanan qüvvə Bayden Adminstrasiyası idi. Biz bildirik, əminliklə söyləyə bilirik. Avropalı tərəfdaşlarımızla görüşlərdə onlar deyirdilər ki, bu məlumatı onlara Bayden Adminstrasiyası verib".

Seçilən
15
teleqraf.com

1Mənbələr