AZ

Paşinyanın mətbuat katibi: Ermənistan və ABŞ arasında üç memorandum imzalanıb

BAKI, 9 avqust. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında görüşün təfərrüatı məlum olub.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.

"Üç əsas istiqamət üzrə strateji əməkdaşlığı dərinləşdirmək məqsədilə Ermənistan və ABŞ hökumətləri aşağıdakı anlaşma memorandumları imzalanıb", - Baqdasaryan bildirib.

Onun sözlərinə görə, “Sülhün kəsişməsi” layihəsinin potensialının inkişafı sahəsində əməkdaşlığa, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlığa, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığa dair memorandum imzalanıb.

Seçilən
7
teleqraf.com

1Mənbələr