AZ

Tramp NASA-nın iki missiyasını ləğv etmək istəyir...

...Associated Press (AP) sənədlərə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün büdcə tələbində iki kosmik missiyanı ləğv etmək istəyib. Bunlar müvafiq olaraq 2014 və 2019-cu illərdə orbitə buraxılmış Orbiting Carbon Observatory-2 (OCO-2) və OCO-3 kosmik gəmiləridir və onlar Yer atmosferindəki karbon qazının mənbələrini izləyirlər.

NASA agentliyə hər iki missiyanın “prezidentin gündəliyinə və büdcə prioritetlərinə uyğun olaraq” dayandırılacağını təsdiqləyib.

NASA-da OCO proqramına rəhbərlik edən David Crisp-ə görə, kosmik gəmi alimlərə Amazon çayı boyunca uzanan tropik meşələrin udduqlarından daha çox karbon qazı istehsal etdiyini, Kanada və Rusiyadakı boreal meşələrin isə buraxdıqlarından daha çox karbon qazı udduğunu aşkar etməyə kömək edib.

İyul ayında NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi ABŞ-ın yaxın illərdə Aya astronavt endirməyi planlaşdırdığını bildirmişdi.

Nazlı Almuradova

Seçilən
25
1
sia.az

2Mənbələr