AZ

BMT Baş katibi Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünü yaxından izləyir

BMT Baş katibi Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçiriləcək görüşü ilə bağlı hazırlıqları yaxından izləyir.

Bunu “Report”un ABŞ bürosuna BMT Baş katibinin sözçüsünün müavini Stefani Tremblay bildirib.

Sözçü müavini əlavə edib ki, Baş katib ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Vaşinqtonda keçiriləcək görüşünü alqışlayır və dəstəkləyir: “Ermənistan və Azərbaycanın münasibətlərin tam normallaşması istiqamətində irəliləməsini daim dəstəkləyib və təşviq edib”.

O əlavə edib ki, Baş katib görüşdən sonra Vaşinqtonda iki ölkə arasında əldə olunmuş razılıqla bağlı açıqlama verəcək.

Seçilən
54
3
report.az

10Mənbələr