AZ

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 72 nəfər artaraq 61 min 330 nəfərə çatıb


İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 72 nəfər artaraq 61 min 330 nəfərə çatıb.
Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.

İsrailin aclıq tətbiq etməsindən sonra Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 4 nəfər aclıqdan ölüb.

Səhiyyə Nazirliyi son 24 saatda Qəzza zolağında İsrail tərəfindən 72 fələstinlinin öldürüldüyünü, 314 nəfərin isə yaralandığını açıqlayıb.

Yanvarın 19-da razılaşdırılmış atəşkəsin dayandırılmasından sonra İsrail ordusunun Qəzzada martın 18-dən bu yana başlatdığı hücumlarda 9824 fələstinlinin həlak olduğu, 40318 mülki vətəndaşın isə yaralandığı da bildirilib.


Mayın 27-dən bu yana Qəzzada İsrail və ABŞ-ın dəstəklədiyi Qəzzaya Humanitar Yardım Fondunun qurduğu yardım paylama məntəqələrində fələstinliləri hədəf alan sistematik hücumlar nəticəsində ölənlərin sayının 1772-yə, yaralıların sayının isə 12249-a yüksəldiyi bildirilir.

Qeyd olunub ki, Qəzza zolağında son 24 saatda daha 4 fələstinli aclıqdan ölüb, bununla da ölənlərin sayı 98-i uşaq olmaqla 201-ə çatıb.

Bildirilib ki, İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 61 min 330, yaralıların sayı isə 152 min 359-a çatıb.

Qəzza zolağında minlərlə ölülərin dağıntılar altında qaldığı bildirilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
34
30
aia.az

10Mənbələr