Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşə hazırlıqla bağlı yayılan xəbərlərdən sonra bir gündə 6 ölkə lideri ilə danışıqlar aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Avqustun 7 və 8-də Putin Çin lideri Si Cinpin və Belarus, Qazaxıstan, Özbəkistan və Cənubi Afrika prezidentləri ilə danışıb. Rusiya prezidenti Kremldə Hindistan baş nazirinin müşaviri və BƏƏ prezidentini də şəxsən qəbul edib.
Politoloq Boris Mejuyev Rusiya prezidentinin çoxsaylı təmaslarının Ukraynaya neytral qoşunların yeridilməsi məsələsi ilə bağlı ola biləcəyini deyib.