AZ

Trampın orduya “xarici kartellərlə mübarizə” əmri verdiyi iddia edilir


ABŞ prezidenti Donald Trampın Pentaqona gizli şəkildə Latın Amerikası mənşəli xarici narkotik kartelləri ilə mübarizə aparmaq göstərişi verdiyi iddia edilir.
“The New York Times” (NYT) məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən Trampın kartellərlə mübarizədə ordudan daha səmərəli istifadə etmək istədiyini vurğulayıb.

Hesabatda bildirilirdi ki, Tramp indi gizli şəkildə Amerika ordusunun kartellərlə mübarizədə daha fəal istifadə edilməsini əmr edib, əvvəllər bu vəzifə hüquq-mühafizə orqanlarının məsuliyyəti hesab olunurdu.


Qeyd edilib ki, sözügedən sərəncam Amerika ordusuna ABŞ tərəfindən “terror təşkilatı” kimi tanınan Latın Amerikası narkotik kartelləri ilə mübarizədə hərbi güc tətbiq etməyə imkan verəcək.

Bu əmrə əsasən, Amerika hərbçiləri dənizdə və xarici torpaqlarda xarici kartellərə qarşı birbaşa hərbi əməliyyatlar keçirmək üçün rəsmi səlahiyyətə malik olacaqlar.

Bununla belə qeyd edilir ki, Trampın məxfi tapşırığını Konqresin təsdiqi olmadan yerinə yetirmək həm də hüquqi və beynəlxalq hüquqi problemlərə yol aça bilər.

ABŞ prezidenti Tramp vəzifəyə gəldikdən sonra Tren de Araqua və MS-13 kimi bir neçə narkotik kartelini “terror təşkilatları” siyahısına əlavə edib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
24
1
aia.az

2Mənbələr