AZ

Bu razılaşmalar anti-Azərbaycan qüvvələrin “fəaliyyət” imkanlarını daraldacaq - Politoloq

Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzalayacaqları müxtəlif sənədlərin bir faydası da ondadır ki, bu razılaşmalar ABŞ və Avropa ölkələrindəki anti-Azərbaycan qüvvələrin “fəaliyyət” imkanlarını daraldacaq. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın dondurmağa vəd etdiyi 907-ci düzəlişin də yaxın gələcəkdə Konqres tərəfindən qüvvədən düşürülməsi aktuallaşa bilər".

Bu sözləri "Unikal"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.  Politoloq qeyd edib ki,  əgər ABŞ Azərbaycanla strateji tərəfdaşlıq sazişini imzalayırsa, konqresmenlər 907-ci düzəlişin hansı məntiqlə hələ də qüvvədə qalmasını izah etməli olacaqlar:

"Əlbəttə, 907-ci düzəlişin ortadan qaldırılması üçün bizdən də diplomatik fəallığın artırılması tələb olunacaq. Fransa, Belçika və Niderlanddakı anti-Azərbaycan dairələr üçün də çətin olacaq. Bu ölkələrin və ümumilikdə Avropa qitəsinin təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən Amerika Birləşmiş Ştatları Azərbaycanı strateji tərəfdaş kimi görəcəksə və üstəgəl Ermənistan Azərbaycanla sülh sazişi imzalayıb iki ölkə arasında əməkdaşlıq hərəkətə gələcəksə, Avropadakı anti-Azərbaycan mərkəzlərin də “fəaliyyət” imkanları daralacaq. Buna baxmayaraq, ABŞ və Avropadakı erməni lobbisi ortamı bulandırmaq üçün sakit dayanmayacaq".

Seçilən
10
50
unikal.az

10Mənbələr