Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırmır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində bildirib.
“Xeyr, mən artıq bunu planlaşdırmıram”, – A.Lukaşenko müvafiq suala cavab verib.
O, həmçinin kiçik oğlu Nikolayı prezident vəzifəsində varisi kimi görmədiyini qeyd edib.
“Xeyr, o varis deyil… Bu sualla onu çox incidə bilərsən”, – A.Lukaşenko bildirib.
O, Belarusun növbəti prezidentinin bir qədər fərqli siyasət yürüdəcək bir şəxs ola biləcəyini mümkün hesab edib. Lakin ümid edir ki, varisi ölkənin təkamül yolu ilə inkişafını davam etdirəcək.