AZ

AzTV Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid etdi - VİDEO

Yayın bitməsinə az qalmasına baxmayaraq, paytaxtın bəzi ərazilərində, eləcə də Günəşli qəsəbəsində neçə vaxtdır ki, hökm sürən su problemi hələ də davam edir.

Mia.az-ın məlumatına görə, AzTV-yə danışan sakinlər həm Köhnə, həm də Yeni Günəşlidə susuzluq probleminin olduğunu bildiriblər.

“Paltarlarımızı, qab-qaşığımızı yuya bilmirik. Ancaq imkan edib çay üçün su götürə bilirik”, - vətəndaşlar söyləyiblər.

“Demək olar ki, su verilmir. Yaşlı adamlarıq, suyu haradan daşıyaq? Axşamlar ümumiyyətlə gəlmir”,- deyə sakinlər bildiriblər.

ADSEA-nın rəis müavini Oruc Bayramov isə məsələyə belə münasibət bildirib: “Şəbəkə tam dolmalıdır ki, su qıtlığı aradan qaldırılsın. Dolması üçün də kütləvi şəkildə su verilməlidir. Bunun üçün də kəmərlər yenidən işlənməlidir”.

Onun sözlərinə görə, içməli suyun verilməsində yaranan problemin digər bir səbəbi isə əhali sayının artmasıdır: “Məsələn, əvvəllər 3 bina var idi və onlara 100 mm-lik boru ilə su gedirdi. İndi ətrafında da bina sayı çoxalıb. Həmin boru ilə artıq 3 yox, 10 binaya su gedir. Bu çatmayacaq axı…”

P.S.Xatırladaq ki, AzTV bundan əvvəl də Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid edən süjet yayımlayıb.

MİA.AZ

Seçilən
119
7
mia.az

8Mənbələr