AZ

Muğla-Dalaman hava limanında sərnişindaşıma 3 milyon nəfərə çatır (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin iyul ayında Türkiyənin Muğla-Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalaraq, 2 milyon 906 min 953 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq, 1 milyon 52 min 361 nəfər, beynəlxalq reyslər üzrə isə 2,8 faiz azalaraq 1 milyon 854 min 592 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,03 faiz azalaraq 34 min 377 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 8 min 562 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2,9 faiz azalaraq, 25 min 815 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyul ayı ilə müqayisədə 6 faiz artaraq, 27 min 237 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 14 min 714, beynəlxalq reyslər üzrə isə 1 faiz azalaraq 12 min 523 olub.

2025-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 134 milyon 866 min 883 nəfər, yük daşınması isə 2 milyon 834 min 635 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Seçilən
40
18
turkic.world

10Mənbələr