AZ

Oxumağa məcbur etməyin! - Uşaqlarda kitab sevgisi bu cür FORMALAŞIR

Uşaqların kitab oxuma tərzi onların düşüncə və söz ehtiyatına birbaşa təsir edir. Uşaqlar sadəcə mətn oxumamalı, oxuduqlarını anlamalı, hiss etməli və müzakirə etməlidirlər. Məcburi deyil, marağa əsaslanan oxu vərdişləri isə bu prosesin əsas açarıdır.

AzEdu.az mövzu ilə bağlı araşdırma edib. 

"Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə uşaqların kitaba marağını artırmaq və düzgün oxu vərdişlərini formalaşdırmaq valideynlər üçün əsas çağırışlardan biri olaraq qalır. Uşaqların kitab oxuma prosesi sadəcə mətnə baxmaqla deyil, eyni zamanda anlam, hiss və düşüncə ilə müşayiət olunmalıdır.

Uşaqların yaşına və psixoloji inkişaf səviyyəsinə uyğun kitab seçimi olduqca önəmlidir.  Məktəbəqədər yaşlı uşaqlar üçün şəkilli, az mətnli, maraqlı süjet xəttinə malik kitablar daha faydalıdır. Bu, həm onların diqqətini çəkir, həm də oxumağa qarşı maraq yaradır.

Psixoloqlar qeyd edir ki, uşaqlar kitab oxuyarkən passiv deyil, aktiv oxucu olmalıdırlar. Yəni oxuduqları ilə bağlı suallar verilməli, mövzu ətrafında söhbətlər aparılmalı və onların fikirləri dinlənilməlidir. Bu yanaşma həm anlama bacarığını artırır, həm də söz ehtiyatını zənginləşdirir.

Valideynlərin oxuduqları kitabları uşaqlarla birlikdə müzakirə etməsi, onlara nümunə olması, evdə kitab oxuma mühitinin yaradılması da bu vərdişin formalaşmasında vacib rol oynayır. Uşaqları kitab oxumağa məcbur etmək, onları bu prosesdən uzaqlaşdırır. Əvəzində uşağın maraq dairəsinə uyğun kitablar təqdim olunmalı, oxuma prosesi zövqlü bir məşğuliyyətə çevrilməlidir.

Seçilən
18
azedu.az

1Mənbələr