AZ

Dövlət qurumu auditor seçdi - DETALLAR

“AzerGold” QSC tərəfindən təsis edilən "Daşkəsən Dəmir Filiz" MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.

Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI

FED.az xəbər verir ki, tender audit xidmətlərinin satın alınması üzrə keçirilib. Tenderin qalibi "PraysvoterhausKupers Audit Azərbaycan" MMC (VÖEN: 1700815581) olub. Qalib şirkətlə 172 516 manat dəyərində müqavilə bağlanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, "PraysvoterhausKupers Audit Azərbaycan" MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 100.000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Shaukat Ali Shabbir Tapiadır. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanında yerləşir.

Seçilən
93
fed.az

1Mənbələr