Bakı. Trend:
Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə köçürüləcək 52ailə arasında maarifləndirilmə tədbiri keçirilib.
Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, məcburi köçkünlərlə iş sahəsində dövlətsiyasətinin ən mühüm istiqamətlərindən biri onların sosialmüdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlhamƏliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburiköçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsiprioritet məsələlərdəndir.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosialmüdafiəsi haqqında” Qanunda keçmiş məcburi köçkünlər üçün bir sırasosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosialmüdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlətbüdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsitərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azadedilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşanəhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat vəmaarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiətədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdənəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bununqanuniliyi və zəruriliyi məsələləridə ətraflı izah edilir.
Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramınaəsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində minatəhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıqolmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyəçağırır.
İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbisursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdəmüvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalininmaarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraqnövbəti tədbir Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinəköçürüləcək 52 ailə arasında keçirilib.
Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosialmüdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinəgeri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonradayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlarməcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramıçərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraqaidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismarSahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraqqanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlərkeçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları vəbroşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur,videoçarxlar çəkilir.