“Aston Villa” fransalı müdafiəçi Luka Dinlə yeni müqavilə imzalayıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2026-cı ilin iyununda başa çatacaqdı. Lakin yeni razılaşmaya əsasən, Din 2028-ci ilin yayına qədər Birmingem təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Luka Din 2022-ci ilin yanvarından “Aston Villa”da çıxış edir və bu müddətdə 100-dən çox oyunda iştirak edib. İyunda müdafiəçiyə Madrid “Atletiko”sunun maraq göstərdiyi bildirilmişdi.