AZ

Yaponiyada güclü yağışlar daşqınlara səbəb olub

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,fövqəladə hallar üzrə səlahiyyətlilər bölgənin bəzi yerlərində ən yüksək səviyyəli xəbərdarlıq elan edərək sakinləri təhlükəsiz sığınacaqlara köçürməyə məcbur edib. Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, Kaqoşima prefekturasının Aira şəhərində daşqın zamanı evin altında qalan iki nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Agentlik həmçinin Kaqoşima və qonşu Miyazaki prefekturalarında 360 mindən çox sakin üçün təxliyə xəbərdarlığı verib. Televiziya görüntülərində palçıqla dolu sel sularının qabarmış çaylardan sürətlə axdığı, Kirişima şəhərində isə ticarət mərkəzinin diz səviyyəsinə qədər sel suları ilə dolduğu göstərilib. Güclü yağışlar yerli nəqliyyat sisteminə də ciddi ziyan vurub, qatar və avtobusların hərəkəti dayandırılıb. Kaqoşimaya gələn və gedən bir çox təyyarə reysi ləğv olunub. Baş nazir Şigeru İşiba hökumət qarşısında fövqəladə hallara operativ reaksiya və dəstək göstərmək üçün işçi qrupu yaradıb. O, sakinlərə müraciət edərək “Hökumət həyatınızı və təhlükəsizliyinizi qorumaq üçün bütün tədbirləri görəcək” deyib.

Yaponiya Meteorologiya Agentliyi isə aşağı təzyiq sistemi səbəbindən Kyushu adasında yağışların və tufanların cümə gününə qədər davam edəcəyini proqnozlaşdırır.

Seçilən
130
50
Ajans.az

10Mənbələr