AZ

Qazaxıstanda ilk AES-in tikintisinə BAŞLANILDI

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Almatı vilayətində atom elektrik stansiyasının (AES) tikintisi layihəsinə start verilib və layihənin bünövrəsi qoyulub.

Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Mərasimdə rəsmi şəxslər, Qazaxıstan və Rusiya KİV, həmçinin yaxınlığında AES-in tikintisinə başlanılacaq Ulken kəndinin sakinləri iştirak ediblər.

Təntənəli mərasimdə çıxış edən Atom Enerjisi Agentliyinin sədri Əlmasadam Satkaliyev qeyd edib ki, layihənin həyata keçirilməsi Qazaxıstana yüksəkixtisaslı mütəxəssislərin yeni nəslini formalaşdırmağa, elmi-tədqiqat bazasını gücləndirməyə, təhsil və texnoloji sıçrayış üçün şərait yaratmağa imkan verəcək.

"AES strateji layihəyə, nüvə sənayesinin, regional infrastrukturun, sənaye-innovativ tərəqqinin və uzunmüddətli iqtisadi artımın inkişafı üçün əsas drayverə çevriləcək", - deyə Satkaliyev bildirib.

Eyni zamanda, o əlavə edib ki, AES-in tikintisi layihəsi geniş ictimaiyyətin dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, qazma qurğuları ilk qrunt nümunələrini götürəcək. Nümunələrin olduğu kapsul araşdırma aparılması üçün Rusiya tərəfinə təhvil veriləcək.

Seçilən
141
47
hafta.az

10Mənbələr