“Abşeron Lions” basketbol klubu kapitanı Obri Makelpin ilə müqavilənin müddətini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan oyunçu 2025/2026 mövsümündə də “Abşeron Lions”un formasını geyinəcək.