AZ

Məktəbə silahlı hücuma hazırlaşan şagird saxlanılıb

Danimarkanın cənub-şərqində, Koldinq şəhərində 15 yaşlı oğlan özəl məktəbə silahlı hücum planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, polis hücum planının üç şagird tərəfindən birlikdə hazırlandığını bildirib. Digər iki şübhəli isə dindirildikdən sonra azadlığa buraxılıb.

Cənub-şərqi Yutland bölgəsi polisi ötən cümə günü “Sct. Michaels” adlı xüsusi məktəbdə silahlı hücum həyata keçiriləcəyi barədə məlumat aldıqlarını açıqlayıb.

Koldinq şəhərində yerləşən bu məktəbin, ölkədə yay tətilinin bitəcəyi 11 avqustdan dərhal əvvəl hədəf alınmasının planlaşdırıldığı qeyd edilib.

Rəsmilər, hadisənin üzə çıxmasından sonra məktəbdə və ya ərazidə hər hansı təhlükə olmadığını vurğulayıb. Hücum planının hədəfi olan məktəbdə oxuyanların təhlükəsiz olduğu bildirilib.

Adam öldürməyə cəhd ittihamı ilə üzərinə cinayət işi açılan 15 yaşlı şübhəli, prokurorluğun tələbi ilə çıxarıldığı məhkəmənin qərarı əsasında dörd həftəlik müvəqqəti həbsə alınıb.

Bələdiyyənin yaydığı mətbuat açıqlamasına görə, bütün şübhəlilər hücum planlaşdırdıqları məktəbin yox, başqa bir məktəbin şagirdləridir.

Seçilən
105
50
cebheinfo.az

10Mənbələr