AZ

Məhkəmə narkotikə görə qətl törədən şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Cəfər Məmmədovun (ad və soyad şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədov 10 il azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Qeyd: 24 mart 2022-ci il tarixdə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Əli Qafarovun (ad və soyad şərti) almış olduğu xəsarətdən ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla müəyyən edilib ki, martın 23-ü saat 23 radələrində zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Cəfər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Əli Qafarova xəsarət yetirməsi nəticəsində sonuncu aldığı xəsarətdən ölüb.

 

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

C.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

İttiham aktına əsasən, hadisə narkotik üstə baş verib. C.Məmmədov və Ə.Qafarov narkotik aludəçisi olublar. Məlumata görə, C.Məmmədov Ə.Qafarovdan narkotik istəyib. Ə.Qafarov isə narkotik vasitəni ona pulla təklif edib. Tərəflər arasında yaranan mübahisə nəticəsində C.Məmmədov Ə.Qafarovu bıçaqla qətlə yetirib.

 

Kamal Məmmədov

Tarix: 8 Avqust 2025, 09:48   
Seçilən
10
1
pravda.az

2Mənbələr