AZ

O, Saakaşvilinin daha da pis bir təcəssümüdür - Zaxarova

Moldova Prezidenti Maya Sandu ölkə üçün Mixail Saakaşvilinin daha da pis bir təcəssümü olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Qaqauziya Kişinyov məhkəməsinin Qutsul ilə bağlı hökmünü tanımır, muxtariyyət parlamenti bununla bağlı müvafiq qətnamə qəbul edib. Sandu – növbəti Saakaşvilidir, amma daha pisi...”, – deyə Zaxarova Teleqramda yazıb.

Qeyd edək ki, Moldova məhkəməsi Qaqauziya lideri Yevgeniya Qutsulu 7 il müddətinə azadlıqdan məhrum edib.

Seçilən
5
1
axar.az

2Mənbələr