İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə telefon danışıqları aparıb.
Publika.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloninin Donald Tramp, Volodimir Zelenski və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığında Ukraynadakı müharibə müzakirə olunub.
İtaliyanın Baş naziri atəşkəsə nail olmaq üçün davam edən səylərin, Ukraynada ədalətli və davamlı sülhü təmin edəcək danışıqlar yolunun, xüsusən də ABŞ-ın irəli sürdüyü ən son diplomatik təşəbbüslərin əhəmiyyətini qeyd edib.