AZ

Qadın sürücü Qalkini maşınla vurdu

Rusiyalı şoumen Maksim Qalkini Latviyada maşın vurub.

Yenisabah.az xəbər verir ki, ilkin məlumata görə, hadisə 3 gün əvvəl şoumen velosiped sürərkən baş verib. “Volkswagen” markalı avtomobil ona çırpılıb. Bildirilib ki, maşını qadın sürücü idarə edib. Qalkin qolundan xəsarət alıb. Avtomobilin qırılan şüşəsi onun qolundakı damarı və vətərləri kəsib.

Bu səbəbdən Qalkin son konsertində səhnəyə qolu sarğılı çıxıb. Marqarita pizza

Qeyd edək ki, şoumen həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova və övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edib.

Qalkin 2022-ci ilin sentyabrında Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən "xarici agent"lərin reyestrinə daxil edilib./Axşam.az


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr