AZ

İnyiqo Martines “Barselona”dan ayrıla bilər

“Barselona”nın mərkəz müdafiəçisi İnyiqo Martines klubdan ayrıla bilər.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən yaydığı məlumata görə, 34 yaşlı futbolçu ötən yay Səudiyyə Ərəbistanından aldığı təklifi rədd etsə də, “blauqrana” ilə cənablar anlaşması (gentlemen's agreement) imzalayıb. Razılaşmaya əsasən, bu yay oxşar təklif gəldiyi halda, kataloniya klubu onun transferinə mane olmayacaq.

Mənbənin bildirdiyinə görə, Martinesin mümkün ayrılığına baxmayaraq, klubun idman direktoru Deku transfer bazarına çıxaraq yeni mərkəz müdafiəçisi almağı planlaşdırmır. O, daha əvvəl də bu mövqedə komandada kifayət qədər oyunçunun olduğunu vurğulamışdı.

Martines “Barselona”ya 2023-cü ilin yayında qoşulub. Bu müddət ərzində o, bütün turnirlərdə 71 oyuna çıxaraq 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla olan hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı təcrübəli müdafiəçinin bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir.

Seçilən
63
25
90deqiqe.az

10Mənbələr