AZ

ABŞ Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama - VİDEO

2025-ci ilin avqustun 7-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Tommi Piqott Vaşinqtonda keçiriləcək Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüşün yekunlarına dair, o cümlədən Zəngəzur dəhlizinə aid sənədlərin imzalanacağı barədə xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran ABŞ xarici siyasət idarəsinin nümayəndəsi hazırda konkret məlumatın olmadığını və detalları öyrənmək üçün Ağ Evə müraciət etməyi tövsiyə edib.

Bununla belə, Piqott qeyd edib ki, ABŞ prezidenti və dövlət katibi tərəflər arasında yaxın gələcəkdə razılıq əldə olunacağına dəfələrlə ümid ifadə ediblər.
 

O vurğulayıb ki, rəsmi açıqlama haqda hər hansı məlumat olduqda, mütləq açıqlama veriləcək, amma hazırda detallardan danışmaq tezdir.


“Rəsmi şəkildə elan ediləcək bir şey olan kimi biz bunu deyəcəyik. Detallara gəlincə, necə ola biləcəyi barədə indi ehtimallar yürütmək və ya mümkün açıqlamalardan əvvəl danışmaq istəmirəm,” — Piqott bildirib.





Bizim.Media

Seçilən
72
bizim.media

1Mənbələr