AZ

Prezident Ərdoğan: Türkiyə Afrika xalqları ilə əlaqələri gücləndirməyə davam edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Senqalın Baş naziri Osman Sonko ilə Ankarada keçirdiyi danışıqlardan sonra birgə mətbuat konfransında çıxış edib.

Prezident, Senqal nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, Afrika ölkələri ilə münasibətlərin inkişafının Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Ərdoğan, dost və qardaş ölkə olan Senqalla əlaqələrin getdikcə daha da gücləndiyini bildirib. O, Senqalın Afrika qitəsində mühüm rol oynadığını qeyd edərək, Osman Sonkonun Türkiyəyə səfərindən məmnun qaldığını ifadə edib.

“Türkiyə Afrika xalqları ilə həmrəyliyini davam etdirəcək və bu istiqamətdə əlaqələrin gücləndirilməsi üçün qətiyyətlə çalışacaq,” – deyə Prezident Ərdoğan vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
105
42
editor.az

10Mənbələr