AZ

Saxta spirtdən zəhərlənmə - 11 nəfər ölüb

Rusiyanın Adler kurort şəhərində saxta çaça içkisi ilə kütləvi zəhərlənmə nəticəsində 11 nəfər ölüb, daha 4 nəfər reanimasiyadadır. Avtosfer.az xəbər verir ki, təhlükəsizlik qüvvələri təhlükəli içkinin haradan gətirildiyini araşdırır. Abxaziya ərazisindən zəhərli məhsulların idxalı ilə bağlı ilkin üç fakt qeydə alınıb. Hazırda Adlerin bütün bazarlarında yoxlamalar aparılır, saxta spirtin digər mümkün partiyalarının axtarışı həyata keçirilir. Zəhərlənmə işi ilə bağlı istintaq çərçivəsində təhlükəli içki hazırlayan 30 yaşlı satıcı Olesya və onun 73 yaşlı nənəsi Eteri həbs edilib. Qadınlar uzun illər Soçidəki “Kazaçi” bazarında çaça, samoqon və evdə hazırlanmış şərab satırdılar. 2016-cı ildə onlar qeydiyyatsız spirtli içki satmaqda ittiham olunublar. Saxlanılan şəxslər barəsində cinayət işi açılıb. Ölənlər arasında turistlər, o cümlədən Komsomolsk-na-Amurdan olan gənc ailə də var.

Seçilən
30
3
avtosfer.az

4Mənbələr